Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər
saxlanılıb.

Trend-in
məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev,
Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov
saxlanılıblar.




Belə ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin,
heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin
barəsində həbs qətimkan tədbiri seçilib.