
Bakı.Trend:
Qusarda qadın dəm qazından zəhərlənib.
Trend-in
məlumatına görə, hadisə dünən saat 18 radələrində baş verib.
Belə ki, Hil kənd sakini 1958-ci il təvəllüdlü Faizə Mehrəliyeva
kirayə yaşadığı Qusar şəhərindəki evin hamam otağında dəm qazından
zəhərlənərək ölüb.
Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma
aparılır.

