İran, Çin və Rusiya Tehranın nüvə proqramını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

İranın, Rusiyanın və Çinin Vyanadakı beynəlxalq təşkilatlar
yanında daimi nümayəndələri üçtərəfli məsləhətləşmələrin növbəti
raundunu keçiriblər.

Trend xəbər verir
ki, bu barədə Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında
daimi nümayəndəsi Mixail Ulyanov rəsmi “X” səhifəsində paylaşım
edib.




Üç ölkənin diplomatik nümayəndələri İranın nüvə proqramı
ətrafında vəziyyətin inkişafını müzakirə etmək üçün Vyanada
görüşüblər. Danışıqlar Avstriya paytaxtında yerləşən beynəlxalq
təşkilatlar yanında daimi nümayəndəliklər səviyyəsində
aparılıb.

“Çinin, İranın və Rusiyanın daimi nümayəndəlikləri İranın nüvə
proqramı ilə bağlı məsələlər üzrə üçtərəfli məsləhətləşmələrin
növbəti raundunu keçiriblər”,- Ulyanov paylaşımında qeyd edib.