Bakı. Trend:
Fevralın 11-də Buenos-Ayresdə Argentina Konqresinin qarşısında
keçirilən əmək islahatlarına qarşı etiraz aksiyaları zamanı ən azı
14 nəfər həbs olunub.
Trend-in məlumatına görə, bu barədə “TN” televiziya kanalı xəbər
verib.
İlkin məlumata görə, saxlanılanlar hüquq-mühafizə orqanları ilə
qarşıdurmalarda iştirak etməkdə şübhəli bilinirlər.
Təhlükəsizlik naziri Alexandra Monteolivanın sözlərinə görə, üç
jandarm və bir polis əməkdaşı yaralanıb və xəsarət alıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edənləri
müəyyən edəcəyik”, – deyə nazir “X” sosial şəbəkəsində yazıb.

