“Tottenhem”in müvəqqəti baş məşqçisi məlum oldu

Baş səhifə

Bakı. Trend:

Tomas Frankla yollarını ayıran “Tottenhem”in müvəqqəti baş
məşqçisi müəyyənləşib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, London təmsilçisini köməkçi məşqçi
vəzifəsini icra edən Con Heytinqa çalışdıracaq




Niderlandlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik
edəcək.

Qeyd edək ki, Con Heytinqa yanvarın 15-də Tomas Frankın
köməkçisi vəzifəsinə təyin olunmuşdu.