Bakı.Trend:
İsveç hökuməti 2026-cı ildə Ukraynanın enerji sektorunda dəstək
məqsədilə 1 milyard İsveç kronu (110 milyon ABŞ dollarından çox)
həcmində vəsaitin ayrılması haqda qərar qəbul edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsveçin İnkişaf və Xarici
Ticarət naziri Bencamin Dous açıqlama verib
“İsveçin yardımı dərhal Ukraynanın enerji təchizatının bərpası
üçün zəruri olan elektrik stansiyalarına, qızdırıcı qurğulara və
ehtiyat hissələrinə yönəldiləcək”, – deyə o vurğulayıb.
Yanvarın 27-də Ukraynanın Baş nazirinin birinci müavini və
Energetika naziri Denis Şmıqal bildirib ki, Kiyevdə hələ də 710 min
istehlakçı elektrik enerjisi ilə təmin olunmur. Onun sözlərinə
görə, paytaxtı proqnozlaşdırılan elektrik kəsintisi qrafiklərinə
keçirmək hələlik mümkün olmur.

