Bakı. Trend:
Üç Amerika hərbi gəmisi Port-o-Prens körfəzinə çataraq Haiti
sahilləri yaxınlığında yerləşdirilib.
Trend xəbər verir
ki, bu barədə Haitinin “Le Nouvelliste” nəşri məlumat yayıb.
Məlumata görə, USS Stockdale, USCGC Stone və USCGC Diligence
gəmiləri “Cənubi Nizə” (“Southern Spear”) əməliyyatı çərçivəsində
Port-o-Prens körfəzinə daxil olub.
Qeyd olunur ki, “Le Nouvelliste” nəşri Port-o-Prens körfəzində
yerləşən sözügedən üç hərbi gəminin fotoşəkillərini də
yayımlayıb.

