Səudiyyə Ərəbistanı “dəvə pasportu” layihəsini işə saldı

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı yerli və beynəlxalq bazarlarda dəvə
sektorunun etibarlılığını artırmaq məqsədilə “dəvə pasportu”
layihəsini həyata keçirməyə başlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Su
və Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb.

Layihə çərçivəsində veriləcək pasport dəvələrin
rəsmiləşdirilməsi, sənədləşdirilməsi və xidmət səmərəliliyinin
artırılması üçün nəzərdə tutulub. Sənəd sağlamlıq və rəsmi
tənzimləmələrlə bağlı məlumatları bir yerdə toplayaraq sənaye üçün
etibarlı referans bazası funksiyasını daşıyacaq.

Yeni pasportda aşağıdakı məlumatlar yer alacaq:




• dəvənin çip və pasport nömrəsi,
• adı, doğum tarixi və yeri,
• soyu, cinsiyyəti və rəngi,
• sağ və sol profildən şəkillər,
• pasportun verilmə tarixi və yeri.

Layihə həm də mülkiyyət hüquqlarının qorunması, satış və ticarət
əməliyyatlarının tənzimlənməsi kimi sahələrdə şəffaflığı artırmaq
üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2025-ci ilin iyun ayına olan məlumata görə,
Səudiyyə Ərəbistanında təxminən 2,235 milyon dəvə var.