Bakı. Trend:
Parisin 20-ci dairəsində yerləşən Bet Lubaviç Yəhudi Məktəbi
vandalizm hadisəsi ilə üzləşib.
Trend xəbər verir
ki, məlumatı “Figaro” qəzetinə Paris Prokurorluğuna istinadla
yayıb.
Bildirilir ki, naməlum şəxs(lər) məktəbin pəncərələrini
sındırıb, təhlükəsizlik kamerasını qoparıblar və məktəbin məlumat
lövhəsini çıxarıb aparıblar. Prokurorluq qeyd edib ki, hadisə
oğurluq məqsədilə törədilməyib və binaya daxil olunmayıb.
Daxili İşlər Nazirliyinin statistikasına görə, 2024-cü ildə
Fransada 1 570 antisemit xarakterli hadisə qeydə alınıb. 2025-ci
ilin ilk 9 ayında isə bu tip hadisələrin sayı 889 təşkil edib.

