Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə
ofisində “Azərbaycan otağı” ilə tanış olub.

Trend xəbər verir
ki, tanışlıq zamanı “Azərbaycan otağı”nda istifadə edilmiş
konsepsiya və milli elementlər barədə məlumat verilib. Qeyd edilib
ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur.
Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların,
iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu
baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin
təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı”
Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans
və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin
otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla
təmin olunub.

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də
Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü – tar, kamança və
qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer
verilib.