Azərbaycanda borc bazarı seqmentində mikromaliyyə təşkilatları üçün minimal hədd 1 milyon manatdan 500 min manata endiriləcək.
“Report” xəbər verir ki, bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən 1-ci İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, bu, sektorun maliyyə resurslarına əlçatanlığını artırmaq məqsədi ilə edilir: “Bununla bağlı qərar var və yaxın zamanlarda qüvvəyə minəcək”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

