
Bakı. Trend:
2025-ci ildə Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının
həcmi 4,874 milyard ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,1
milyard ABŞ dolları və ya 30,2% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 9,86%-i həcmində olub. Bununla da Çin hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Ötən il Azərbaycandan Çinə 84,362 milyon dollarlıq məhsul ixracı
qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dolları
və ya 4,3 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 4,790 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 28,6% artım deməkdir.
Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal
etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard
dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3
dəfə azdır.

