Ötən ilin direktorların işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri elan edilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə
müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.

Trend xəbər verir ki, bu
barədə MÜTDA məlumat yayıb.




Bildirilir ki, ötən ilin 17–18 iyul tarixlərində müsahibə
mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin
nəticələri açıqlanıb. Həmin mərhələdə iştirak edən 389 nəfər
namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə
qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi
ilə bağlı müsbət rəy verilib.

Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi
səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.