
Bakı. Trend:
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə
Qrupunun tərkibinə daxil olan Ziraat Bank Azərbaycan ASC-nin
Müşahidə Şurasına yeni üzv təyin edilib.
Dövri yerdəyişmə planına əsasən “Ziraat Bank Azərbaycan” ASC-nin
Müşahidə Şurasının üzvü Korcan Şahin öz vəzifəsini Kadir Kenan
Severe təhvil verib. Kadir Kenan Sever T.C. Ziraat Bankasında
Daxili Nəzarət və Risklərin İdarəedilməsi Departamentində və Bankın
Audit Departamentində çalışıb və müfəttiş vəzifəsinədək
yüksəlib.
Daha sonraki illərdə Pərakəndə Kreditlərinin Ayrılması və İdarə
Olunması Departamentində müdir və Ziraat Bank Türkiyə filiallarında
filial müdiri kimi çalışıb. 2025-ci ildə Pərakəndə Kreditlərin
Ayrılması və İdarə Olunması – 1 departamentinin rəhbəri olaraq
fəaliyyətini davam etdirib.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,
rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

