Fransada deputatlar Baş nazir Sebastyan Lekornunun hökumətinə qarşı gün ərzində ikinci etimadsızlıq votumunu rədd ediblər.
“Report”un Fransa mediasına istinadən verdiyi xəbərə görə, bu, səsvermənin nəticələrində öz əksini tapıb.
Bu, Nazirlər Kabinetinin istefaya göndərilməsi ilə bağlı altıncı uğursuz cəhd olub.
Hökumətə etimadsızlıq qətnaməsini parlamentdə sağçı “Milli Birlik” partiyasının deputatları irəli sürüblər. Partiyanın parlamentdəki fraksiyasını Marin Le Pen təmsil edir.
Votumun lehinə 142 deputat səs verib. Qətnamənin qəbul edilməsi üçün isə 288 səs tələb olunur.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

