Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
açıqlanıb.

Trend UEFA-nın rəsmi saytına
istinadən xəbər verir.

Məlumata görə, bu ada “Real”ın hücumçusu Vinisius Junior layiq
görülüb.




Braziliyalı futbolçu Fransanın “Monako” komandasına qarşı
keçirilən və 6:1 hesabı ilə yekunlaşan qarşılaşmada parlaq
performansla yadda qalıb.

Qeyd edək ki, futbolçu səsvermədə Robert Navarro (“Atletik
Bilbao”, İspaniya), Fermin Lopes (“Barselona”, İspaniya) və Luis
Suaresi (“Sportinq”, Portuqaliya) qabaqlayıb.