Bakı. Trend:
NATO-nun baş katibi Mark Rutte Qrenlandiya ilə bağlı kompromis
təklif etdi. Bu kompromis çərçivəsində Danimarka ABŞ-a adanın kiçik
əraziləri üzərində hərbi bazaların tikintisi üçün suverenlik hüququ
verəcək.
Trend-in məlumatına görə, bu barədə “The New York” qəzeti
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, NATO-nun hərbi rəsmiləri Qrenlandiya ilə bağlı
kompromis müzakirə etdilər. Bu kompromis çərçivəsində Danimarka
ABŞ-a Qrenlandiyanın kiçik əraziləri üzərində suverenlik hüququ
verəcəkdi. Burada ABŞ hərbi bazalar tikə bilər. Onların fikrincə,
belə bir kompromis ideyası NATO-nun baş katibinə məxsusdur.
Eyni zamanda, NATO-nun sözçüsü Allison Hart bildirib ki,
Danimarka, Qrenlandiya və ABŞ “Rusiya və Çinin Qrenlandiyada nə
iqtisadi, nə də hərbi cəhətdən heç vaxt möhkəmlənməməsini” təmin
etmək üçün danışıqları davam etdirəcəklər.

