Prezident İlham Əliyev: Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

Baş səhifə

Davos. Trend:

Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu
gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin
axtarışındadırlar.

Trend xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi
Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə
səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes
nümayəndələrinin suallarının cavabında deyib.

“Bu nöqteyi-nəzərdən multikulturalizm, mədəni və etnik
müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət
ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi
dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu
ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini,
tətilini gəlib burada – dəniz sahilində keçirmək, həmçinin
investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində
investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat
qiymətə sata bilərsiniz”, – deyə Azərbaycan Prezidenti
vurğulayıb.