BMT-nin İnsan Hüquqları Şurası İrandakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İrandakı
mövcud vəziyyətə həsr olunmuş xüsusi iclas keçirəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda şuranın pres-relizində
bildirilir.




Məlumata əsasən, sessiyanın keçirilməsinə dair yanvarın 20-də
İslandiya, Almaniya, Şimali Makedoniya, Moldova və Böyük
Britaniyadan olan nüyəndələr Şuraya yazılı müraciət etmişdilər.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.