Bakı. Trend:
Ağdamın “Qarabağ” klubunun legioneri Sami Mmae Azərbaycandan
ayrılmaq niyyətindədir.
Trend xəbər verir ki, intizam
qaydalarını pozduğuna görə futbolçu əvəzedici komandaya göndərilib
və bu səbəbdən o, “Qarabağ”dan vaxtından əvvəl ayrılmaq
istəyir.
Onun icarə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa
çatır.
Qeyd edək ki, futbolçunun müqavilə hüquqları Zaqreb “Dinamo”suna
məxsusdur.

