Zəlzələ nəticəsində hər hansı dağıntı barədə məlumat yoxdur – FHN

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,
18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu
sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə
alınıb.




Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,
zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə
Nazirliyə məlumat daxil olmayıb.