Bakı. Trend:
Filippinin mərkəzində yerləşən Sebu şəhərində bir poliqonda baş
verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-dən 35-ə
yüksəlib.
Trend xəbər verir
ki, bu barədə ABS-CBN News kanalı məlumat yayıb.
Məlumata görə, daha bir nəfər hələ də itkin düşüb. Filippin
xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam
etdirirlər.
Qeyd edək ki, yanvarın 8-də Sebu şəhərindəki zibilxanada torpaq
sürüşməsi baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar
altından 12 nəfər sağ çıxarılıb.

