“Radiozavod” yarımstansiyası yenidən qurulur – 28,9 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10
kV-luq “Radiozavod” yarımstansiyasının 110/35/10 kV-luq 2×40 MVA
gücündə “GİS” tipli, tam qapalı yenidənqurulması işlərinə
başlanılır.

Trend dövlət
satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,
bununla yanaşı, 110 kV-luq “Həzi Aslanov” -“Əhmədli”
yarımstansiyaları arası kabel xəttinin yeni yarımstansiyaya
giriş-çıxış edilməklə əlaqələndirilməsi işləri də görüləcək.

Belə ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla
bağlı müvafiq işlərə start verib.




ASC hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 28,9 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.