ABŞ Venesueladan icazəsiz yola düşən bütün tankerləri ələ keçirəcək

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası ABŞ hakimiyyət orqanlarının icazəsi
olmadan Venesueladan yola düşən bütün tankerləri ələ keçirməyə
davam edəcək.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit
jurnalistlərə açıqlamasında bildirib.




Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “yalnız ABŞ
tərəfindən təsdiqlənmiş neft tankerlərinin Venesuelanı tərk
edəcəyini çox açıq şəkildə bildirib”.

“Biz dövlətlə əlaqəsi olmayan və ya [ABŞ-dən] ticarət aparmaq
üçün icazə almayan gəmiləri ələ keçirməyə davam edəcəyik”, – deyə o
bildirib.