Dardanel boğazında gəmiçilik qasırğa səbəbi ilə dayandırılıb

Baş səhifə
Dardanel boğazında gəmiçilik qasırğa səbəbi ilə dayandırılıb

Dardanel boğazında gəmiçilik qasırğa səbəbi ilə müvəqqəti olaraq dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Dardanel boğazında gəmilərin hərəkəti yerli vaxtla 12:45-dən (Bakı vaxtı ilə 13:45) etibarən hava şəraiti yaxşılaşana qədər hər iki istiqamətdə dayandırılıb”, – məlumatda bildirilib.

Əlverişsiz hava səbəbi ilə bu gün axşamadək boğazdakı gəmi marşrutlarının çoxu dayandırılıb.

Mərmərə dənizi bölgəsində bu gün üçün sarı hava təhlükəsi elan edilib. Sinoptiklər saatda 60-90 km-ə çata biləcək qasırğa və güclü yağış, o cümlədən İstanbulda güclü yağış barədə xəbərdarlıq ediblər.