Neftçalada avtomobil su kollektoruna düşüb, sürücü ölüb

Baş səhifə

Bakı.Trend:

Neftçalada avtomobil su kollektoruna düşüb, sürücü ölüb.

Trend-in
məlumatına görə, 09.01.2026-cı il tarixdə saat 21 radələrində
1953-cü il təvəllüdlü, Neftçala rayonunun Qırımızıkənd kənd sakini
Kərimov Yaşar Məlik oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə
həmin kəndin ərazisində idarəetməni itirib yolun kənarındakı su
kollektoruna düşüb və hadisə yerində ölüb.




Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq bölməsində
araşdırma aparılır.