Böyük Britaniya Ukraynaya qoşun yerləşdirilməsinə hazırlıq üçün 200 milyon funt ayırıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının
Ukraynaya mümkün yerləşdirilməsinə hazırlıq məqsədilə 200 milyon
funt sterlinq (268 milyon dollar) vəsait ayırıb.

Trend xəbər verir
ki, bu barədə Britaniyanın müdafiə naziri Con Heli Kiyevə səfəri
zamanı açıqlama verib.




Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə,
müdafiə naziri bu il üçün 200 milyon funt sterlinqin ayrıldığını
təsdiqləyib və bu vəsaitin əsasən Ukraynaya çoxmillətli qüvvələrin
mümkün yerləşdirilməsi üçün hazırlıq tədbirlərinin
maliyyələşdirilməsinə yönəldiləcəyi bildirilib.