Bakı. Trend:
“Mançester Siti”nin futbolçusu Bernardo Silva “Qalatasaray”a
keçə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi
mövsümün sonunda Mançester klubunu tərk etməyi planlaşdırır.
31 yaşlı yarımmüdafiəçini azad agent kimi “Qalatasaray”a keçməyi
düşünür. Amma bunun üçün Türkiyə klubu onun istədiyi maaşı təklif
etməlidir. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, Bernardo bu mövsüm 27 matçda meydana çıxıb, 1 qol
vurub və 2 məhsuldar ötürmə edib.

