İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Şteqen zədə səbəbindən komandasının Səudiyyə Ərəbistanındakı təlim-məşq toplanışını tərk edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper tibbi müayinədən keçmək üçün heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl 33 yaşlı Mark-Andre ter Şteqenin qış “transfer pəncərəsi”ndə klubdan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
“Barselona” hazırda Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunda iştirak edir. Kataloniya təmsilçisi bu gün yarımfinalda “Atletik”lə (Bilbao) ilə üz-üzə gələcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

