
Bakı. Trend:
Qazaxıstan qaz sahəsində Azərbaycanla əməkdaşlığın
genişləndiriləcəyinə ümid edir.
Bunu Trend-ə
“KMG-Karaçaqanak” şirkətinin istehsalat üzrə baş direktorunun
müavini Andrey Kan bildirib.
“Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın bizim milli şirkətimiz
“KazMunayQaz” ilə əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə A.
Kan vurğulayıb.
Onun sözlərinə görə, SOCAR Qazaxıstanda kəşfiyyat layihələrinə
maraq göstərir.
“Mən həmçinin hesab edirəm ki, birgə əməkdaşlıq üçün, o cümlədən
qaz hasilatı və qaz-kimya sahələrində yaxşı perspektivlərimiz var.
Qazaxıstan və Azərbaycan arasında daha sıx əməkdaşlıq qlobal
bazarda daha güclü olmağımıza kömək edəcək”, – deyə o, fikrini
yekunlaşdırıb.
Qeyd edək ki, 2022-ci ildə KMG ilə Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti üzrə müqavilə
imzalanıb.
2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən neft
tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa
gəliblər.
“KazMunayQaz” Qazaxıstan dövlətinin neft və qaz sənayesində
maraqlarını təmsil edir, karbohidrogenlərin kəşfiyyatı, hasilatı,
emalı və nəqlini həyata keçirir. Şirkət 2002-ci ildə yaradılıb və
190-dan çox təşkilatı özündə birləşdirir.
“KazMunayQaz”ın səhmdarları “Samruk-Kazına” Milli Rifah Fondu
(90%) və Qazaxıstan Respublikası Milli Bankıdır (10%).

