Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

