Bakı. Trend:
Böyük Britaniyada güclü qarın yağması və buzlaşmanın qeydə
alınması səbəbindən yüzlərlə məktəb bağlanıb, hava və dəmir yolu
nəqliyyatında ciddi problemlər yaranıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlif
bölgələrində məktəblər fəaliyyətini dayandırıb, minlərlə şagird
Milad tətilindən sonra dərsə gələ bilməyib.
Qarlı hava şəraiti hava nəqliyyatına da təsir göstərib,
“Liverpool John Lennon Airport”un uçuş-enmə zolağı müvəqqəti
bağlanıb, “Aberdin” və “İnverness” hava limanlarında bir sıra
reyslər ləğv edilib. Dəmir yolu xətlərində də gecikmələr və
qatarların hərəkətinin dayandırılması halları qeydə alınıb.
Şotlandiyanın şimal bölgələrində qarın daha intensiv yağması ilə
əlaqədar narıncı xəbərdarlıq qüvvədədir. İngiltərənin, Uelsin və
Şimali İrlandiyanın bəzi əraziləri üçün isə qar və buzlaşma ilə
əlaqədar sarı xəbərdarlıq elan olunub.

