“Araz-Naxçıvan”da baş məşqçinin köməkçilərindən biri italiyalıdır

Baş səhifə
Araz-Naxçıvanda baş məşqçinin köməkçilərindən biri italiyalıdır

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçilərindən biri italiyalıdır.

Bu barədə “Report”a klubdan məlumat verilib.

Ukraynalı mütəxəssisin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.