Bakı. Trend:
Bir vaxtlar Ruqalann bölgəsinin “ağ fəxri” hesab edilən və
“Norveçin Cənub qütbü” ləqəbi alan Breyfonn buzlağı sürətlə yox
olur və alimlərin qiymətləndirmələrinə görə, on ildən az müddətdə
tamamilə yox ola bilər.
Trend xəbər verir
ki, 2025-ci ildə “Annals of Glaciology” elmi jurnalında dərc
olunmuş yeni tədqiqatlar göstərir ki, buzlaq ərazisinin 93-94 faizi
artıq itirilib.
Breyfonn buzlağı bir vaxtlar Roqalann və Vestlann bölgələrinin
sərhədində vahid buz kütləsi olsa da, 1980-ci illərdən başlayaraq
ayrı-ayrı fraqmentlərə parçalanmağa başlayıb. 2018-ci ildən sonra
bu parçalanma xüsusilə sürətlənib.
Ölçmələr göstərir ki, buzun qalınlığı ayrı-ayrı yerlərdə 1970-ci
illərin sonlarından bəri 45 metrə qədər azalıb, son illərdə isə ən
böyük qalıqlar hər il təxminən bir metr qalınlığını itirir.
Breyfonnun kəskin şəkildə azalması onu yox olmaq üzrə olan
buzlaqların beynəlxalq siyahısı olan “Global Glacier Casualty
List”ə daxil edib. Kütləvi parçalanmaya baxmayaraq, alimlər
Breyfonnu buzlaq kimi təsnif etməyə davam edirlər və onun gələcək
taleyi peyk müşahidələri vasitəsilə izləniləcək.

