DİN bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib

Baş səhifə

Bakı. Trend:

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin
rəmzidir. Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş
əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına
əməl etmək vacibdir.

Trend xəbər verir
ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.




Bildirilib ki, bu günlərdə hər kəsdən ictimai yerlərdə
nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət
etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək,
yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək
xahiş və tələb olunur.