Bakı. Trend:
ABŞ Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və
Syerra-Leonedən olan şəxslərin ölkəyə daxil olmasına tam şəkildə
məhdudiyyət tətbiq edib.
Trend xəbər verir ki, bu, ABŞ
Prezidenti Donald Trampın Ağ Evin rəsmi saytında dərc edilən
fərmanında əksini tapıb.
Sənəddə, eyni zamanda, 15 ölkənin — Anqola, Antiqua və Barbuda,
Benin, Kot-d’İvuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya,
Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve
vətəndaşlarına viza verilməsinin qismən məhdudlaşdırıldığı
bildirilir.
Fərmana görə, ABŞ Türkmənistan vətəndaşları üçün
qeyri-immiqrasiya vizalarına tətbiq olunan qadağanı aradan
qaldırıb, lakin onların immiqrant statusu ilə ölkəyə girişinin
dayandırılması qüvvədə saxlanılıb.

