
Bakı. Trend:
Ölkəyə pul köçürmə sistemləri vasitəsilə bu ilin ilk 9 ayında
cüzi artım olub. Belə ki, dövr ərzində ölkəyə 850 milyon dollar pul
baratı (0,2 faiz artım) daxil olub.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika
departamentinin direktoru Samir Nəsirov tədiyə balansının
açıqlanmasına həsr olunmuş brifinqə deyib.
Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə
olub:
Rusiya – 344 milyon ABŞ dolları;
Türkiyə- 140 milyon ABŞ dolları;
ABŞ – 74 milyon dollar;
Birləşmiş Krallıq – 31 milyon ABŞ dolları;
Gürcüstan – 30 milyon ABŞ dolları.
S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə
köçürülmüş pul baratlarının həcmi 361 milyon dollar olub.
Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü
belə olub:
Türkiyə- 104 milyon dollar;
ABŞ – 55,8 milyon dollar;
Rusiya – 34 milyon dollar;
Birləşmiş Krallıq – 20 milyon dollar;
Gürcüstan- 19,8 milyon dollar

