Azərbaycanda maye qazların istehsalı 24%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 206,7 min ton maye
qaz istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 40,4 min ton və ya 24,3% çoxdur. Keçən ilin eyni
dövründə ölkədə 166,3 min ton maye qazlar istehsal edilmişdi.




Bu ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3 min ton
təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.