Məşhur britaniyalı yazıçı Coanna Trollop 82 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə BBC onun ailəsinə istinadən bildirib.
Yazıçı dekabrın 11-də Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Coanna Trollop müasir və Viktoriya dövrü İngiltərəsində romantik və ailədaxili münasibətlərə həsr olunmuş romanların müəllifi olub. Onun ən məşhur əsərləri arasında “Keşiş Hardinqin qızı”, “Rektorun arvadı”, “Gəlinlər” kimi romanlar var. Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və bir neçəsi televiziya üçün ekranlaşdırılıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

