A seriyasında ən yaxşı oyunçu müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

“Kremonese”nin hücumçusu Ceymi Vardi noyabr ayı üçün A
Seriyasının ən yaxşı oyunçusu seçilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytı
məlumat yayıb.

38 yaşlı futbolçu ötən ay üç oyun keçirib və “Yuventus”la
görüşdə 1 qol vurub (1:2). Vardi dekabrın 1-də “Bolonya” ilə oyunda
(3:1) dubl edib.




Vardi bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxıb və 4 qol
vurub.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü “Kremonese”yə
yayda azad agent kimi keçib.