Bakı. Trend:
ABŞ Nümayəndələr Palatası 2026-cı maliyyə ili üçün rekord
məbləğdə – 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib.
Trend xəbər verir
ki, səsvermənin nəticələri C-SPAN telekanalı tərəfindən
yayımlanıb.
Qanun layihəsinin lehinə 312, əleyhinə isə 112 qanunverici səs
verib. Bununla da sənəd Konqresin aşağı palatasından keçərək
baxılması üçün Senata göndərilib. Yuxarı palata da təsdiq etdiyi
halda, layihə prezident Donald Trampın imzasına təqdim
olunacaq.
Qeyd olunur ki, qəbul edilən büdcə ABŞ prezidentinin Konqresdən
tələb etdiyi 892,6 milyard dollarlıq müdafiə xərclərini 8 milyard
dollar üstələyir. Bu vəsait Pentaqonla yanaşı digər müdafiə və
təhlükəsizlik qurumlarının maliyyələşdirilməsini də əhatə edir.
Əvvəllər Nümayəndələr Palatası administrasiyanın təqdim etdiyi
eyni məbləği dəstəkləmiş, Senat isə bunu 925 milyard dollara qədər
artırmağı təklif etmişdi. Nəticədə tərəflər kompromis variant olan
901 milyard dollarlıq büdcədə razılığa gəliblər.

