Azərbaycan mədəniyyətinin qlobal baxışda qorunması istiqamətində qanun layihələri hazırlanır

Baş səhifə
Azərbaycan mədəniyyətinin qlobal baxışda qorunması istiqamətində qanun layihələri hazırlanır

Azərbaycan mədəniyyətinin qlobal baxışda qorunması və təqdim olunması istiqamətində qanun layihələri hazırlanır.

“Report”un məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, köklü islahatlar üçün müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır:

“Forum çərçivəsində həm milli, həm də qlobal baxış bucağından mədəniyyət məsələləri müzakirə olunacaq.

“Forumun əsas diqqəti mədəniyyətin hüquq və dövlət sistemindəki rolu, eləcə də mədəniyyət hadisəsi olaraq onun özlüyündə təzahürü üzərində cəmlənəcək. Tədbir çərçivəsində həm milli, həm də qlobal baxış bucağından mədəniyyət məsələləri müzakirə olunacaq”.

Səadət Yusifova panellərdəki müzakirə mövzularına da diqqət çəkib.

“Beynəlxalq münasibətlərdə, iki və çox tərəfli əməkdaşlıq çərçivəsində Azərbaycanın mədəniyyətinin ölkəmizin tanıdılmasında oynadığı rol və təsir məsələsi diqqət mərkəzində olacaq”.