İş yerində bir ildən az çalışan işçilər də attestasiyadan keçiriləcəklər

Baş səhifə

Bakı. Trend:

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
dəyişdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.




Mövcud qanunvericiliyə görə, yalnız müvafiq iş yerində
azı bir il çalışan işçilər attestasiyadan keçirilə
bilər.

Qanun layihəsində sözügedən qaydanın qanunvericilikdən
çıxarılması təklif edilir.