“PAŞA Sığorta” evi yanmış müştərisinə 14 850 manat ödəniş edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sığortalı şəxsin evi yanğın nəticəsində ciddi zərərə məruz
qalıb. Nəticədə “PAŞA Sığorta” şirkəti icbari əmlak sığortalı
müştərisinə 14 850 manat sığorta ödənişi edib. Sığortalının
maksimum sığorta təminatı isə 15 000 AZN olub.




Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən
mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi
risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı
şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40
AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı
isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15
000 AZN olaraq müəyyən olunur.