Kanada Suriyanı “Terrora dəstək verən dövlətlər” siyahısından çıxarıb

Baş səhifə

Bakı. Trend:

Kanada hökuməti Suriya­nı “Terrora dəstək verən dövlətlər”
siyahısından çıxarıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər
Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, aparılan geniş qiymətləndirmələrdən sonra
Suriya adıçəkilən siyahıdan, Heyət Tahrir Şam (HTŞ) isə “Terrorçu
Təşkilatlar” siyahısından çıxarılıb.

Nazirlik bildirib ki, bu qərar Suriya keçid hökumətinin ölkədə
və regionda sabitliyin təmin edilməsi istiqamətində beynəlxalq
tərəfdaşlarla əməkdaşlıq səylərinə dəstək xarakteri daşıyır.




Qeyd olunub ki, Kanada hökuməti DEAŞ-a qarşı Beynəlxalq
Koalisiya ilə əməkdaşlıq da daxil olmaqla, qlobal səviyyədə
terrorla mübarizə fəaliyyətlərini davam etdirəcək.

Kanadanın xarici işlər naziri Anita Anand qərarı belə şərh
edib:

“Kanada, Suriya keçid hökumətinin Əsəd rejiminin sona
çatmasından sonra sülh və siyasi keçid istiqamətində atdığı müsbət
addımları alqışlayır”.