D-8 Gənclər Dialoqunun fəaliyyəti üçün Azərbaycanın təcrübələrindən yararlanmaq çox önəmlidir.
“Report” xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmam Bakıda açılışı keçirilən “D-8” Gənclər Dialoqunda deyib.
Onun sözlərinə görə, “D-8” Gənclər Dialoqunun fəaliyyət istiqamətinə ticarət, nəqliyyat daşınması, təhsil və sağlamlıq eləcə də iqlim məsələləri daxildir:
“Çox məmnunuq ki, Azərbaycan bizimlə əməkdaşlıq edir. Çünki bu ölkənin sözü gedən sahələrdə yetərincə təcrübələri var. Həmçinin Azərbaycanın COP29 sahəsindəki təcrübəsi də bizim üçün olduqca vacibdir. Əhalimizin 20 faizi gənclərdir. Onların bu təcrübələrdən yararlanması bizim üçün önəmlidir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

