
Bakı. Trend:
Azərbaycanda etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına
dair mexanizmlər gücləndiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini
tapıb.
Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Kömrük Komitəsi,
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə gömrük
ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi
bazanın formalaşdırılması və gömrük ödənişlərinin hissə-hissə
ödənilməsini təmin edən çevik və şəffaf sistemin qurulmasını həyata
keçirəcək.

