Təhsil İdarəsindən Salyanda məktəbdə şagirdlərin tüstüdən zəhərlənməsi ilə bağlı AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet
sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Şirvan-Salyan Regional
Təhsil İdarəsindən məlumat verilib.




Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə
bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı
alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq
təhlükəsiz yerə təxliyyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis
hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti
diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən
hadisənin başvermə səbəbləri araşdırılır.