
“Real Madrid” braziliyalı ulduz Rodriqo ilə bağlı qərar verib.
Metbuat.az xəbər verir ki, klub futbolçunu göndərməyə razılıq verib. “The Athletic”in məlumatına görə, Rodriqo artıq toxunulmaz oyunçular arasında deyil. Məlumata görə, “Real Madrid” futbolçu üçün təklifləri nəzərdən keçirməyi planlaşdırır.
Qeyd edək ki, Rodriqo bu mövsüm “Real Madrid”də 15 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. İngiltərə klublarının futbolçu ilə maraqlandığına dair xəbərlər dərc edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


