Ukrayna-Rusiya qarşıdurması buğda bazarına təsir etdi: qiymətlər yüksəldi

Baş səhifə

Buğdanın dünya qiyməti Ukraynanın Azov dənizində Rusiya gəmilərinə zərbələrindən sonra 4%-dən çox artıb.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, son günlər Ukrayna Azov dənizində taxıl daşıyan quru yük gəmiləri də daxil olmaqla ümumilikdə 76 Rusiya gəmisini vurduğunu açıqlayıb. Bundan sonra Azov dənizində gəmiçilik hərəkətində ciddi pozuntular yaranıb.

Qeyd olunur ki, Rusiya isə cavab olaraq Ukraynanın Odessa, Çornomorsk və İzmail limanlarının infrastrukturuna zərbələr endirir. Həmin limanlar Ukrayna taxılının ixracında mühüm rol oynayır.

Bloomberg yazır ki, hər iki tərəfin limanlar və yükdaşımaya təsir edən hücumları qlobal taxıl bazarında narahatlığı artırıb və nəticədə dünya bazarında buğdanın qiyməti 4 faizdən çox yüksəlib.